BƏƏ İrana nota verib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Tehranın ölkə ərazisinə endirdiyi cavab zərbələri ilə əlaqədar İranın səfiri Rza Amirini nazirliyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə BƏƏ xarici siyasət idarəsinin bəyanatında bildirilir.
Nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən sənəddə qeyd olunur: "Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Rza Amirini çağıraraq ona kəskin etiraz notası təqdim edib. BƏƏ İran tərəfindən həyata keçirilən hücum və basqınları ən qətiyyətli şəkildə pisləyir".
BƏƏ-nin dövlət naziri Xəlifə əl-Marar həmçinin vurğulayıb ki, ölkəsi öz ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatlarda istifadə olunmasına icazə verməyəcək. Onun sözlərinə görə, ABŞ-ın təcavüzü başladıqdan sonra İranın atdığı cavab addımları iki ölkə arasındakı "mehriban qonşuluq prinsiplərinə" ziddir.