Menyu

Reuters: Kiprdəki Böyük Britaniya bazası müvəqqəti olaraq bəzi işçilərini köçürəcək

Operativ Media
Reuters: Kiprdəki Böyük Britaniya bazası müvəqqəti olaraq bəzi işçilərini köçürəcək

Böyük Britaniyanın Kiprdəki "Akrotiri" hərbi hava bazası pilotsuz uçuş aparatının (PUA) zərbəsindən sonra köməkçi heyəti müvəqqəti olaraq başqa yerə təxliyə edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, bu qərar "ehtiyat tədbiri" olaraq qəbul edilib.

Bundan əvvəl "Cyprus Mail" qəzeti hərbi hava bazasına PUA hücumu edildiyini və nəticədə hərbi obyektə "cüzi ziyan" dəydiyini bildirmişdi. Hadisə zamanı ölən və ya yaralananlar barədə məlumat daxil olmayıb.

Əlaqəli Xəbərlər