Əli Laricani: Tramp İsrailin ambisiyaları naminə ABŞ hərbçilərinin həyatını qurban verdi
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İsrailin maraqlarını təmin etmək və şəxsiyyətə pərəstiş mühiti yaratmaq naminə amerikalı hərbçilərin həyatını qurban vermək qərarına gəlib.
Operativ Media xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Tramp 'boş ümidlərlə' hərəkət edərək bölgəni xaosa sürükləyib və indi Amerika qoşunları arasında artan itkilərdən narahatdır. O, xəyalpərəst addımları ilə 'Öncə Amerika' şüarını 'Öncə İsrail' şüarına çevirib və ABŞ əsgərlərini İsrailin ambisiyalarına qurban verib. Yeni yalan şayiələr yaymaqla o, amerikalı hərbçiləri və onların ailələrini öz şəxsiyyət kultunun bədəlini ödəməyə məcbur edir",- deyə o, qeyd edib.
Laricani həmçinin əlavə edib ki, İran xalqı hazırda özünü müdafiə edir və təcavüzkar tərəf İran Silahlı Qüvvələri deyil.