Azərbaycan - Şimali Makedoniya matçı polşalı hakimlərə tapşırıldı
Operativ Media
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Operativ Media xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komandaların ilk tur matçı polşalı hakimlərə tapşırılıb.
Qarşılaşmanı Anna Adamska idarə edəcək. Ona Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Diakov yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi isə türkiyəli Sərtan Kırağası olacaq.
Qeyd edək ki, sabah “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu saat 15:00-da başlayacaq.