Menyu

Bəhreyndə İranın bir neçə pilotsuz aparatı vurulub

Şəfa Hüseynli
Bəhreyndə İranın bir neçə pilotsuz aparatı vurulub

Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının hücumunun qarşısını alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, Manamada bir neçə partlayış baş verib və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti eşidilib. Mənbələr bildirir ki, krallığın HHM bölmələri paytaxta yönəlmiş bir neçə İran döyüş dronunun hücumunu zərərsizləşdirib.

Bundan əvvəl Bəhreyn HHM komandanlığı açıqlamışdı ki, regionda gərginliyin artmasından bəri krallığın hava məkanında İrandan buraxılan 60-dan çox raket və 34 pilotsuz aparat vurulub.


Əlaqəli Xəbərlər