ABŞ Kapitoli ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib
ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatlar fonunda ehtimal olunan terror hücumları ilə əlaqədar Kapitoli binası yaxınlığında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Operativ Media xəbər verir ki, bu barədə "Fox News"un qanunvericilik üzrə müxbiri Çad Perqram öz mənbələrinə istinadən məlumat yayıb.
Jurnalist "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib: "İrana edilən hücumlardan sonra terror aktları ilə bağlı narahatlıqlar səbəbindən bu gecədən etibarən ABŞ Kapitolisi ərazisində 'yüksək təhlükəsizlik tədbirləri' görüləcək".
Bununla belə, müxbir hakimiyyət orqanlarının Kapitoliyə birbaşa təhdid barədə hər hansı məlumata malik olmadığını vurğulayıb. Əlavə olunub ki, yeni təhlükəsizlik perimetri yaratmaq məqsədilə Konqres binasının ətrafına əlavə hasarların çəkilməsi planlaşdırılmır.