Menyu

Körfəz Əməkdaşlıq Şurası: Üzv ölkələr İranın hücumlarına cavab verməyə hazırdır

Operativ Media
Körfəz Əməkdaşlıq Şurası: Üzv ölkələr İranın hücumlarına cavab verməyə hazırdır

Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz Ərəb ölkələri İranın hücumlarına cavab verməyə hazır olduqlarını açıqlayıblar.

Operativ Media-nın məlumatına görə, bu barədə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv dövlətlərin xarici işlər nazirlərinin birgə iclasından sonra yayılan rəsmi bəyanatda qeyd olunub.

"Nazirlər Şurası İranın quruma üzv dövlətlərinə qarşı əsassız təcavüzü nəzərə alınmaqla, cavab tədbirləri hüququ da daxil olmaqla, öz təhlükəsizliklərini qorumaq üçün bütün zəruri tədbirləri görəcəklərini bir daha təsdiqləyib", - deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnız regional məsələ deyil, həm də qlobal iqtisadi sabitliyin fundamental əsaslarından biridir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər