Menyu

ABŞ-İsrail zərbələri nəticəsində daha 7 İran generalının öldürüldüyü təsdiqlənib

Operativ Media
ABŞ-İsrail zərbələri nəticəsində daha 7 İran generalının öldürüldüyü təsdiqlənib

ABŞ və İsrailin endirdiyi son zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin daha 7 yüksək rütbəli generalının öldürüldüyü təsdiqlənib.

Operativ Media xəbər verir ki, həlak olanlar arasında Məhəmməd Şirazi (Ali Baş Komandanın Baş Qərargah rəisi), Saleh Əsədi (Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə rəis müavini), eləcə də Möhsin Dərre Baği (Silahlı Qüvvələrin hazırlıq və dəstək üzrə rəis müavini) yer alır.

Həmçinin, Əkbər İbrahimzadə (Ali Baş Komandanın Baş Qərargah rəis müavini), Qulamrza Rəzəiyan (FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri), Bəhram Hüseyni Mütləq (Baş Qərargahın Plan və Əməliyyatlar İdarəsinin rəisi) və Həsənəli Tacik (Baş Qərargahın Hazırlıq İdarəsinin rəisi) də ölənlər arasındadır.

Əlaqəli Xəbərlər