Ana səhifə / İdman / Azərbaycan "Böyük Dəbilqə" turnirində 4-cü qızıl medalını qazandı Azərbaycan "Böyük Dəbilqə" turnirində 4-cü qızıl medalını qazandı 01.03.2026, 19:02 Operativ Media Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.Operativ Media xəbər verir ki, Kənan Nəsibov (+100 kq) finalda Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu (Özbəkistan) məğlub edib.Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatıb. Azərbaycan cüdoçuları bu yarışda 4 qızıl, bir gümüş və bir bürünc medal qazanıb.