Menyu

"Qarabağ"ın müdafiəçisi əməliyyat olunub

Operativ Media
"Qarabağ"ın müdafiəçisi əməliyyat olunub

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

Operativ Media Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Əlaqəli Xəbərlər