İran rəsmisi: "Prezident Pezeşkianın səhhəti qaydasındadır"
Operativ Media
Prezident Məsud Pezeşkianın səhhəti qaydasında və təhlükəsizlikdədir.
Operativ Media xəbər verir ki, bunu İran Prezidenti Administrasiyasının Kommunikasiya Ofisinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai rəsmi açıqlamasında bildirib.
"Prezident tamamilə təhlükəsiz şəraitdədir və sağlamlığı ilə bağlı heç bir problem yoxdur", - deyə o, qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin bir çox iri şəhərlərinə hava zərbələri endirilib. İranın dövlət televiziyası Ali Rəhbər Ayətullah Əli Xameneinin hücumlar nəticəsində öldürüldüyünü təsdiqləyib.