Menyu

İraqda Xameneinin vəfatından sonra üç günlük matəm elan edilib

Operativ Media
İraqda Xameneinin vəfatından sonra üç günlük matəm elan edilib

Əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olan İraqda hökumət İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin vəfatı ilə əlaqədar üçgünlük milli matəm elan edib.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı İraqın INA xəbər agentliyi yayıb.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücumlar nəticəsində paytaxt Tehran da daxil olmaqla, İranın iri şəhərlərinə zərbələr endirilib. İslam Respublikasının dövlət televiziyasının yaydığı məlumata görə, Ali Rəhbər Əli Xamenei həlak olub.

Əlaqəli Xəbərlər