"Tasnim": İranda ibtidai məktəbə hücum nəticəsində ölənlərin sayı 148-ə çatıb
Operativ Media
İranın Minab şəhərində qızlar ibtidai məktəbinə edilən hücum nəticəsində ölənlərin sayı 148-ə çatıb, 95 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi şəhər prokuroruna istinadən məlumat yayıb.
Daha əvvəl İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ və İsrailin İranda məktəbə hücumu nəticəsində 100-dən çox uşağın öldüyünü və mülki itkilərin sayının artmaqda davam etdiyini bildirmişdi.