Menyu

KİV: Küveyt və BƏƏ-də bir neçə partlayış baş verib

Operativ Media
KİV: Küveyt və BƏƏ-də bir neçə partlayış baş verib

İranın yeni hücum dalğasını elan etməsindən qısa müddət sonra Küveyt və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir neçə partlayış baş verib.

Operativ Media xəbər verir ki, bu haqda "Əl-Mayadeen" televiziyası məlumat yayıb.

Məlumata görə, partlayışlar Küveytin paytaxtı Küveyt şəhərində və BƏƏ-nin Dubay şəhərində qeydə alınıb. Partlayışların xarakteri hələlik açıqlanmayıb, dəyən ziyan barədə isə məlumat yoxdur.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölməsi – SEPAH) İsrailə və ABŞ-ın regiondakı hərbi bazalarına qarşı "ən güclü və amansız hücumun" başladığını elan etmişdi.

Əlaqəli Xəbərlər