Müdafiə Nazirliyi: Kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb
Nərmin Qocamanlı
Azərbaycan Ordusunda kadr orqanı işçilərinin nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da yüksəldilməsi məqsədi ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan sınaq imtahanın sonunda buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Buraxılış mərasimində çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov kadr orqanı işçilərinin təkmilləşdirilməsi, bu sahədə nailiyyətlərin əldə edilməsi üzrə Azərbaycan Ordusunda aparılan işlərdən danışıb. İdarə rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müasir tələblər çərçivəsində təkmilləşdirilir.
Sonra general-mayor E.Xəlilov kurs iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərinə dair tövsiyələrini verərək uğurlar arzulayıb.
Teqlər:
"Müdafiə Nazirliyi: Kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb"