Pezeşkian ABŞ və İsrailin İranda məktəbə hücumunu vəhşilik adlandırıb
Operativ Media
İran Prezidenti Məsud Pezeşkyan ABŞ və İsrailin İranın cənubundakı Minab şəhərindəki ibtidai məktəbə endirdiyi hava hücumunu pisləyib.
Operativ Media xəbər verir ki, bu barədə Pezeşkianın Mətbuat Xidməti məlumat yayıb.
"Bu vəhşilik aktı təcavüzkarların bu torpaqda törətdiyi saysız-hesabsız cinayətlərin salnaməsində daha bir qaranlıq səhifədir və xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək. Mən bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, qurbanların ailələrinə, Minab sakinlərinə və bütün İran xalqına başsağlığı veririrəm", - məlumatda qeyd olunub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Minabda məktəbə edilən hücum nəticəsində ən azı 64 nəfər ölüb, 93 nəfər yaralanıb.