Hakan Fidan İran, İraq və digər ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparıb
Şəfa Hüseynli
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir və İndoneziyanın xarici işlər nazirləri ilə telefon danışıqları aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər İslam Respublikasına qarşı hərbi əməliyyatla bağlı vəziyyəti və atəşə son qoyulmasının yollarını müzakirə edib.
Onlar regiondakı mövcud hadisələri və hücumların qarşısını almaq üçün atıla biləcək addımları müzakirə ediblər.