İtaliya XİN: Küveyt bazasında italyan qoşunlarının yerləşdiyi uçuş-enmə zolağına ciddi ziyan dəyib
Şəfa Hüseynli
İranın raket hücumu Küveytdə yerləşən İtaliya hava qüvvələrinin heyətinin yerləşdiyi hava bazasının uçuş-enmə zolağına ciddi ziyan vurub.
Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "ANSA" xəbər agentliyinə açıqlama verərkən bildirib.
Tayani jurnalistlərə bildirib ki, "Uçuş-enmə zolağına ciddi ziyan dəyib, lakin italyan heyətindən heç biri xəsarət almayıb".
“İrandan raket hücumuna məruz qalan Küveyt bazasındakı İtaliya hava qüvvələrinin üzvlərinin hamısı təhlükəsizdir. Onların hamısı bunkerdə idi”, - deyə o bildirib.