Belarus XİN Yaxın Şərqdəki münaqişə ilə əlaqədar vətəndaşları üçün tövsiyələr dərc edib
Operativ Media
Belarus Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki münaqişə ilə əlaqədar vətəndaşlar üçün tövsiyələr dərc edib.
Operativ Media xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
"Region ölkələrinin hava məkanının bağlanması ilə bağlı məlumatlarla əlaqədar olaraq, tranzit də daxil olmaqla, region ölkələrinə səfər etməyi planlaşdıran Belarus Respublikası vətəndaşlarına marşrut dəyişiklikləri barədə ən son məlumat üçün aviaşirkətlər və tur operatorları ilə əlaqə saxlamağı tövsiyə edirik. Şəxsi təhlükəsizliyi təmin etmək üçün Belarus vətəndaşlarına regiondakı münaqişələrdən təsirlənən ölkələrə səyahət etməkdən çəkinmək tövsiyə olunur". - məlumatda qeyd edilib.