HƏMAS ABŞ-nin və İsrailin İrana hücumlarını pisləyib
Şəfa Hüseynli
HƏMAS ABŞ və İsrailin İrana hücumlarını ən sərt şəkildə pislədiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə HƏMAS yazılı açıqlama yayıb.
HƏMAS-ın yazılı açıqlamasında bildirilir ki, ABŞ və İsrailin bu hücumları təkcə İranı deyil, bütün regionu hədəf alıb və regional təhlükəsizliyə, sabitliyə və suverenliyə açıq bir hücum təşkil edir.
Bəyanatda ABŞ-İsrail hücumlarının hər hansı bir ərəb və ya İslam ölkəsinə qarşı qəbuledilməz olduğu vurğulanıb.