İranda hücumlar nəticəsində 57 şagird həlak olub - YENİLƏNİB 3
İsrailin İran ərazisinə hücumları nəticəsində Minab bölgəsindəki məktəbdə həlak olanların sayı 57 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
***
16:11
İranda Minab şəhərində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Operativ Media "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
***
15:52
İranın cənubunda yerləşən Hörmözqan əyalətinin Minab şəhərində qızlar məktəbinə endirilən raket zərbəsi nəticəsində tələfatın sayı kəskin artıb.
Operativ Media xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Məlumata görə, "Şəcərət Tayibə" ibtidai məktəbinə edilən hücum nəticəsində həlak olan şagirdlərin sayı 40-a çatıb.
Daha 48 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının daha da artacağı istisna edilmir.
***
15:20
İranın Hörmüzqan əyalətində qızlar ibtidai məktəbini hədəf alan ABŞ-İsrail hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda yaralananların da olduğu qeyd edilib.