"Lufthansa" Yaxın Şərqin bir neçə şəhərinə uçuşları dayandırıb
Şəfa Hüseynli
Almaniyanın "Lufthansa" aviaşirkəti ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqin bir neçə şəhərinə uçuşları dayandırdığını bildirilib.
Operativ Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Şirkət Təl-Əviv, Beyrut, Əmman, Ərbil və Tehrana uçuşlarını 7 marta qədər dayandıracaq. Dubay və Əbu-Dabiyə gediş-dönüş uçuşlarının 1 mart tarixinə qədər dayandırılıb.
Məlumatda qeyd olunur ki, "Lufthansa" şirkəti Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini daim izləyir və qiymətləndirir, həmçinin hakimiyyət orqanları ilə sıx əlaqə saxlayır və sərnişinlərin və ekipajın təhlükəsizliyinin prioritet olduğu vurğulanır.