Menyu

İsrail ordusunun 20 min ehtiyat əsgəri xidmətə çağırılıb

Şəfa Hüseynli
İsrail ordusunun 20 min ehtiyat əsgəri xidmətə çağırılıb

İsrail ordusunun İrana hücumlardan sonra əlavə 20 min ehtiyat əsgər çağırdığı bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Beləliklə, hazırda xidmət edən orduda ehtiyatda olan əsgərlərin sayı 70.000-ə çatacaq.

İsrail ordusu yazılı açıqlamasında bütün sahələrdə qüvvələrini gücləndirdiyini bildirib.

Bəyanatda deyilir: "Müxtəlif hücum və müdafiə hazırlıqların bir hissəsi olaraq, bütün bölgələrdə və komandanlıqlarda quru qüvvələrinin genişmiqyaslı gücləndirilməsinə və xüsusi təyinatlı qüvvələrin gücləndirilməsinə və yerləşdirilməsinə başlanılıb".

Həmçinin qeyd edilib ki, İsrail ordusunun hava və dəniz qüvvələrinə əhəmiyyətli dərəcədə gücləndirmələr ediləcək.

Əlaqəli Xəbərlər