Bəhreyndə həyəcan siqnalı işə düşüb
Operativ Media
Bəhreyndə həyəcan siqnalı işə düşüb.
Bu barədə Operativ Media Bəhreyn Krallığının Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.
Nazirlikdə həyəcan siqnalının işə düşmə səbəbləri hələlik dəqiqləşdirilməyib. Ölkə vətəndaşlarına və sakinlərinə sakit qalmaları və ən yaxın təhlükəsiz yerə getmələri tövsiyə olunub.
"Al Jazeera" telekanalının məlumatına görə, Bəhreyndə partlayışların baş verməsi barədə məlumatlar daxil olur.
Bundan başqa, Bəhreyn Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyət elan etdiyi bildirilir.
Ölkə hava məkanını bağlayıb.