Boliviyada təyyarə qəzaya uğrayıb, 15 nəfər həlak olub
Şəfa Hüseynli
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə La Paz yaxınlığındakı "El Alto" hava limanına eniş etməyə çalışarkən qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Yerli aviasiya idarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağından çıxıb və sıx magistral yola düşüb.
Nəticədə isə təyyarə alovlanıb.
Təyyarənin qalıqları həmin vaxt magistral yolda hərəkət edən avtomobillərə zərər vurub.
Xilasedicilər qəza nəticəsində təyyarənin heyəti və avtomobillərdə olanlar da daxil olmaqla ən azı 15 nəfərin həlak olduğunu bildiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net