Menyu

“Yandex”in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina edib

Əsəd Abbaslı
“Yandex”in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina edib

“Yandex”in həmtəsisçisi Arkadi Voloj şirkətdəki payını satdıqdan təxminən iki il sonra Rusiya vətəndaşlığından imtina edib.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, milyarder Rusiya Federasiyasının vətəndaşı olmadığını təsdiqləyən rəsmi bildiriş alıb.

O, 2022-ci ilin iyununda Avropa İttifaqının sanksiya siyahısına daxil edilib. Altı ay sonra ona qarşı tətbiq olunan sanksiyalar ləğv edilib.

Bundan qısa müddət sonra “Yandex” və onun törəmə strukturlarında rəhbər vəzifələrini tərk edib.

Rusiya–Ukrayna münaqişəsindən sonra “Yandex” həm ölkə daxilində, həm də xaricdə ciddi təzyiqlərlə üzləşib.

2024-cü ildə aktivlərin bölünməsindən sonra Voloj qərargahı Amsterdamda yerləşən "Nebius Group"a (keçmiş Yandex N.V.) rəhbərlik etməyə başlayıb.

Bildirilir ki, daha əvvəl Voloja məxsus "Nebius" şirkəti "Microsoft"dan 17,4 milyard dollar investisiya cəlb edib.

Əlaqəli Xəbərlər