"Roskomnadzor" və Rusiya Müdafiə Nazirliyinin informasiya resursları DDoS hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "Roskomnadzor" (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) məlumat yayıb.
Bildirilib ki, hücumda istifadə olunan serverlər Rusiya, ABŞ və Çin ərazisində yerləşir və hücum davam edir.
Qurumun açıqlamasına görə, resursların əlçatanlığı bərpa olunub, hazırda DDoS hücumunun mənbələrinin lokallaşdırılması istiqamətində tədbirlər görülür.