Menyu

Qazaxıstan vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Operativ Media
Qazaxıstan vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Qazaxıstan vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, hazırda İran ərazisində olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək məsləhət görülür.

Nazirlik həmçinin vətəndaşları Yaxın Şərq ölkələrinə səfər planlaşdırarkən regionda vəziyyətin mümkün kəskinləşməsini nəzərə almağa çağırıb.

Qeyd edək ki, ABŞ-nin Dövlət Departamenti İranın bölgədəki Amerika obyektlərinə zərbə endirə biləcəyi ehtimalını nəzərə alaraq, İraqdakı səfirliyinin zəruri olmayan əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə olunması barədə göstəriş verib.

Əlaqəli Xəbərlər