Şamaxıda 47 yaşlı qadın qətlə yetirilib, cinayət işi açılıb
Operativ Media
Fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şamaxı rayon prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.