Menyu

TDT-nin baş katibi Qırğızıstanın daxili işlər naziri ilə görüşüb

Şəfa Hüseynli
TDT-nin baş katibi Qırğızıstanın daxili işlər naziri ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi səfir Kubanıçbek Ömürəliyev 26 fevral 2026-cı il tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Respublikasının daxili işlər naziri Ulan Niyazbekov ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan DİN məlumat yayıb.

Tərəflər hüquq-mühafizə və ictimai təhlükəsizlik sahəsində TDT üzv dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Transmilli cinayətkarlıq, terrorizm, ekstremizm, kibercinayətkarlıq, narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizədə koordinasiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Tərəflər üzv dövlətlərin müvafiq orqanları arasında məlumat mübadiləsinin, potensialın artırılması təşəbbüslərinin və birgə təlim proqramlarının vacibliyini vurğuladılar. Həmçinin, regional sabitlik və təhlükəsizliyi təmin etmək üçün TDT çərçivəsində daha sıx institusional əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Əlaqəli Xəbərlər