Menyu

XRİTDX-nin informasiya təhlükəsizliyi üzrə “Təhdidlər və həllər” kataloqunda 167 təhdid üzrə məlumat yerləşdirilib

Şəfa Hüseynli
XRİTDX-nin informasiya təhlükəsizliyi üzrə “Təhdidlər və həllər” kataloqunda 167 təhdid üzrə məlumat yerləşdirilib

İnformasiya təhlükəsizliyi üzrə təhdidlərin sistemləşdirilməsi məqsədilə “Təhdidlər və həllər” kataloqunun vahid elektron portalı - threats.cert.gov.az - istifadəyə verilib.

Operativ Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Nadir Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”ya uyğun olaraq aidiyyəti qurumların iştirakı ilə yaradılmış işçi qrupunun fəaliyyəti çərçivəsində təhdidlərin kateqoriyaları ilkin olaraq müəyyən edilib, Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli qərarına əsasən isə XRİTDX tərəfindən bu təhdidləri əhatə edən mərkəzləşdirilmiş portal formalaşdırılıb.

N.Novruzov qeyd edib ki, portalda hazırda 167 təhdid üzrə məlumat yerləşdirilib və kataloq daim yenilənəcək.

“Kataloqda təhdidlərin istiqaməti, məqsədi, yönəldiyi sahələr, eləcə də onların aradan qaldırılması üçün tövsiyə olunan həllər təqdim olunur. Hazırda katloqda 7 kateqoriya üzrə 11 təhdidin məqsədi göstərilib. Qüvvədə olan qaydalara əsasən dövlət qurumları 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrini formalaşdırmalı, aktivlərin uçotunu aparmalı, təhdidlər və uyğunsuzluqları qeydiyyata almalı, risklərin qiymətləndirilməsini və aradan qaldırılması üzrə tədbirləri müəyyən etməlidirlər”, - deyə Nadir Novruzov vurğulayıb.


Əlaqəli Xəbərlər