Ötən il dövlət qurumlarının adından yaradılan 40-a yaxın saxta domen aşkar edilib
Şəfa Hüseynli
2025-ci il ərzində dövlət qurumlarının adından yaradılıb və “fishing” kampaniyalarında istifadə olunan 40-a yaxın saxta domen aşkarlanaraq bloklanıb.
Operativ Media xəbər verir ki, bunu XRİTDX-in “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov bildirib.
O qeyd edib ki, aparılan auditlər, zəifliklərin skan edilməsi və qaranlıq veb (dərin veb) monitorinqləri nəticəsində dövlət qurumlarına yönəlmiş hücumlar müəyyən edilir və boşluqlar aşkar olunur. Bu səbəbdən 2025-ci ildə aşkar edilmiş boşluqlarla bağlı dövlət qurumlarına 1264 sorğu göndərilib.