Menyu

"Apple" məhsulları NATO tərəfindən məxfi məlumatların emalı üçün sertifikatlaşdırıldı

Operativ Media
"Apple" məhsulları NATO tərəfindən məxfi məlumatların emalı üçün sertifikatlaşdırıldı

"Apple" şirkətinin məlumatına görə, iPhone smartfonları və iPad planşetləri NATO tərəfindən məxfi məlumatların emalı üçün sertifikatlaşdırılmış ilk kütləvi istifadəli (istehlakçı) cihazlar olub.

Operativ Media xəbər verir ki, bu haqda şirkətin rəsmi saytında dərc olunan açıqlamada yazılıb.

“Apple" elan edir ki, "iPhone" və "iPad" NATO ölkələrinin informasiya təhlükəsizliyi tələblərinə cavab verən ilk və yeganə kütləvi istifadəli cihazlardır. Bu, "iPhone" və "iPad"dən əlavə proqram təminatı və ya xüsusi parametrlər tələb olunmadan, məhdud girişli sənədlər də daxil olmaqla, məxfi məlumatlarla işləmək üçün istifadə etməyə imkan verir. İndiyədək heç bir kütləvi mobil cihaz bu səviyyədə hökumət sertifikatı almamışdı”.

Əlaqəli Xəbərlər