İsrail “Hizbullah” mövqelərini vurub
Operativ Media
İsrail ordusu Livan ərazisində “Hizbullah”ın Radvan Xüsusi Təyinatlı Qüvvələrinə aid olduğu bildirilən səkkiz hərbi düşərgəni hədəf alıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti açıqlama yayıb.
Məlumata görə, zərbələr Baalbek bölgəsində endirilib.
Bildirilir ki, hədəfə alınan düşərgələrdə “Hizbullah”a məxsus raketlər də daxil olmaqla xeyli sayda silah-sursat saxlanılıb.
İsrail tərəfi iddia edir ki, Radvan qüvvələri həmin məntəqələrdən təlim, döyüş hazırlığı və həm hərbçilərə, həm də mülki şəxslərə qarşı hücumların planlaşdırılması məqsədilə istifadə edib.