KİV: Taliban Pakistanla sərhəddə genişmiqyaslı əməliyyata başlayıb - YENİLƏNİB
Pakistanın hərbi qüvvələri əks-hücum zamanı əfqan hərbçilərini geri çəkilməyə məcbur edib.
Operativ Media xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Radioyayım Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Əfqanıstan "Taliban"ı Hayber-Paxtunxvada Pakistan-Əfqanıstan sərhədi boyunca bir çox nöqtələrə təhrik edilmədən atəş açıb, buna dərhal və səmərəli cavab verilib", - məlumatda bildirilib.
İlkin məlumatlara görə, Əfqanıstan tərəfi ciddi itkilər verib, düşmənin çoxlu sayda postu, döyüşçülərin sığınacaqları və texnikası məhv edilib.
20:53
Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının hökumət nümayəndəsi Pakistan hərbçilərinə qarşı sərhəd bölgəsində genişmiqyaslı hücum əməliyyatına başlandığını bəyan edib.
Operativ Media xəbər verir ki bu barədə o, sosial media hesabında paylaşım edib.
Məlumata görə, əməliyyat iki ölkə arasındakı sərhəd xətti boyunca həyata keçirilir.