DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Operativ Media
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.
DTX-dən Operativ Media-ya verilən məlumata görə, abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.