İstanbulda terror cəhdi törətməyə çalışan dörd nəfər saxlanılıb
Şəfa Hüseynli
Milli Kəşfiyyat İdarəsi (MİT) və Təhlükəsizlik Baş İdarəsi (EGM) tərəfindən İstanbulda keçirilən birgə əməliyyatda hücuma hazırlaşdıqları müəyyən edilən DHKP-C terror təşkilatının dörd üzvü saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İstanbuldakı qanunsuz strukturuna qarşı aparılan kəşfiyyat işləri nəticəsində təşkilat üzvlərinin vacib yerləri hədəf alan silahlı və bombalı hücumlar həyata keçirməyə çalışdıqları müəyyən edilib