Davos Forumunun rəhbəri Epşteynlə əlaqələrinə görə istefa verib
Operativ Media
Davos İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Börge Brende Ceffri Epşteyn işi ətrafındakı qalmaqal fonunda vəzifəsindən istefa verdiyini elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, o, forum rəhbərliyinin Epşteynlə əlaqələrinə görə müstəqil araşdırmaya başlamasından bir neçə həftə sonra istefa verdiyini elan edib.