ABŞ-nin "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Aralıq dənizinə doğru yola düşüb
Şəfa Hüseynli
ABŞ-nin təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" Krit adasındakı ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasından yola düşərək şərqi Aralıq dənizinə doğru yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Proto Thema" qəzeti məlumat yayıb.
Bildirilib ki, gəmi son bir neçə gündür ki, ABŞ-nin böyük hərbi əməliyyatının bir hissəsi olaraq Amerika dəniz bazasında yanacaq doldurmaq üçün Souda körfəzində olub.