Peskov Avropanın mümkün addımını tənqid etdi
Operativ Media
Avropanın Ukraynaya nüvə silahı göndərə biləcəyi ilə bağlı iddialar “tamamilə dəlilik və ağılsızlıqdır”.
Operativ Media-nın məlumatına görə, bu sözləri Kremlin mətbuat katibi Dmitry Peskov deyib.
Peskov bildirib ki, Böyük Britaniya və Fransanın belə planları təsdiqləməsi qəribə olardı. Onun sözlərinə görə, Rusiyanın yaydığı məlumatlar əsassız hesab edilə bilməz.
“Rusiya ümid edir ki, bu məlumatların ictimailəşdirilməsi belə planların reallaşdırılmasının qarşısını alacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya gizli şəkildə nüvə silahı verməyə hazırlaşdığı barədə iddia ilə çıxış edib.