Menyu

Zelenski ABŞ-la görüşü təsdiqlədi

Operativ Media
Zelenski ABŞ-la görüşü təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti cümə axşamı ABŞ rəsmiləri ilə görüş keçirəcək.

Operativ Media- nın xarici mətbuata istinadən məlumatına görə, danışıqlarda müharibədən sonrakı bərpa planı və “rifah paketi”nin detalları müzakirə olunacaq. Martın əvvəlində isə Rusiya ilə üçtərəfli formatda görüşün keçirilməsi gözlənilir.

Zelenski vurğulayıb ki, hazırkı mərhələdə əsas problem hərbi deyil, siyasi iradə və ərazi məsələsidir. O, Rusiyanın Ukraynanın guya nüvə silahı əldə etməyə çalışdığı barədə iddialarını siyasi təzyiq aləti kimi qiymətləndirib və Kiyevin nüvə silahına malik olmadığını bəyan edib.

Ukrayna tərəfi qarşıdakı görüşlərdə hərbi əsirlərin mübadiləsi və iqtisadi sənədlərin hazırlanması məsələlərini də gündəmə gətirəcək.

Məlumata əsasən, müharibədən sonra ölkənin yenidən qurulması üçün növbəti 10 il ərzində təxminən 800 milyard dollar investisiyanın cəlbi planlaşdırılır. World Bank isə Ukrayna iqtisadiyyatının bərpasının təxminən 588 milyard dollara başa gələcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Donetsk ərazisinin nəzarətdə olmayan hissəsinin də Ukrayna tərəfindən təhvil verilməsini tələb edir. Kiyev isə ərazi güzəştinə getməyəcəyini bildirir. 

Əlaqəli Xəbərlər