ABŞ Prezidenti Donald Trump ötən gün Konqresdə 2026-cı ilə dair geniş məruzə ilə çıxış edib.
Operativ Media-nın məlumatına görə, Trampın çıxışı 1 saat 47 dəqiqə davam edib.
Bununla da o, 1964-cü ildən bəri Konqres qarşısında edilən ən uzun müraciətlərdən birinə imza ataraq əvvəlki rekordları geridə qoyub.
Xatırladaq ki, indiyədək ən uzun çıxışlardan biri 2000-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Clinton tərəfindən edilmiş və təxminən 1 saat 30 dəqiqə davam etmişdi.