Gürcüstan Ukrayna vətəndaşları üçün vizasız qalma müddətini uzadıb
Operativ Media
Gürcüstan hökuməti Ukrayna vətəndaşları üçün vizasız qalma müddətini daha bir il uzadıb.
Operativ Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat verib .
Ötən ilin aprel ayında Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşları üçün vizasız müddəti üç ildən bir ilə endirib. Daha əvvəl Baş nazir İrakli Kobaxidze Gürcüstanda təxminən 29 min qaçqın da daxil olmaqla 125 minə qədər Ukrayna vətəndaşının yaşadığını bildirmişdi.