Böyük Britaniya kağız vizaları elektron vizalarla əvəz edəcək
Şəfa Hüseynli
Britaniya kağız sənədlərdən imtina edərək onları şəxsiyyət və immiqrasiya statusu haqqında rəqəmsal qeydlərlə əvəz edir.
Operativ Media xəbər verir ki, bu barədə Britaniya DİN məlumat yayıb.
Fevralın 25-dən etibarən 85 ölkədən olan turistlər Böyük Britaniyaya səyahət etməyi planlaşdırarkən əvvəlcədən Elektron Səyahət İcazəsi (ETA) almalıdırlar. Əks təqdirdə, onların ölkəyə girişinə icazə verilməyəcək.
Bu icazə, Birləşmiş Krallığa səfər etmək üçün viza tələb etməyən ölkələrin vətəndaşları tərəfindən tələb olunur.