İran Cenevrədə ABŞ ilə danışıqları davam etdirəcəyini təsdiqləyib
Şəfa Hüseynli
İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin sözlərinə görə, İran və ABŞ nüvə danışıqlarının üçüncü raundu 26 fevralda Cenevrədə keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "ISNA" məlumat yayıb.
"Danışıqlar sabah Cenevrədə keçiriləcək", - Mühacirani qeyd edib.
İran nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Abbas Əraqçi 25 fevralda Tehrandan Cenevrəyə yola düşəcək.
İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə məsləhətləşmələrin üçüncü raundu 26 fevral Cenevrədəki Omanın diplomatik nümayəndəliyində keçiriləcək.