Menyu

İraq Bağdad hava limanını müvəqqəti olaraq bağlayıb

Şəfa Hüseynli
İraq Bağdad hava limanını müvəqqəti olaraq bağlayıb

İraq Nəqliyyat Nazirliyi Bağdad Beynəlxalq Hava Limanının texniki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlandığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Nazirliyin sözçüsü dövlət xəbər agentliyi INA-ya bildirib ki, ixtisaslaşmış texniki qruplar diaqnostika və təmir işlərinə başlayıblar.

O bildirib ki, təmir işləri başa çatdıqdan və son texniki yoxlamalar aparıldıqdan sonra hava limanının yaxın bir neçə saat ərzində uçuş fəaliyyətinə başlaması gözlənilir.

Sözçü həmçinin sosial mediada yayılan və bağlanmanın yerli və ya beynəlxalq təhlükəsizliklə bağlı olduğuna dair iddiaları da rədd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər