Tramp ABŞ-nin Venesueladan 80 milyon barel neft aldığını açıqlayıb
Şəfa Hüseynli
Venesuela qlobal bazarda satış üçün ABŞ-yə 80 milyon barel neft bağışlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft aldıq", - deyən Amerika lideri ABŞ-nin neft hasilatının gündə 600 min bareldən çox artdığını əlavə edib.
Məlumata görə, artıq fevral ayının əvvəlində Ağ Ev rəhbəri Hyustona (Texas) 50 milyon barel Venesuela neftinin göndərildiyini açıqlayıb.