Azərbaycan vətəndaşları daxil olmaqla 85 əcnəbi Gürcüstandan deportasiya edilib
Şəfa Hüseynli
Gürcüstanda Nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 85 xarici vətəndaşı ölkədən çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Fil Dişi Sahili, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızıstan və Çinin ümumilikdə 85 vətəndaşı ölkədən deportasiya edilib.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.