Menyu

Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Operativ Media
Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Operativ Media-ya bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Əlaqəli Xəbərlər