Menyu

Çilidə yük maşınının partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb

Şəfa Hüseynli
Çilidə yük maşınının partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb

Çilinin paytaxtı Santyaqonun şimal hissəsində mayeləşdirilmiş təbii qaz daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "Bio Bio" radiostansiyası məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 10 zərərçəkən xəstəxanaya aparılıb. Onlardan altısının vəziyyəti ağırdır, xəsarət alanların həyatı üçün təhlükə var.

Partlayış benzin daşıyan yük maşınının sürücüsünün idarəetməni itirməsi və yol maneəsinə çırpılması nəticəsində baş verib. Həmin vaxt magistral yolda hərəkət edən bir neçə başqa nəqliyyat vasitəsi də yanğına məruz qalıb.

Əlaqəli Xəbərlər